"Komanda düzgün taktika tətbiq etdi": Ferstappen

ESTAFET/ Sinqapurda başa çatan mövsümün 15-ci yürüşündə finiş xəttini ikinci keçən Maks Ferstappen komandanın düzgün taktiki seçim etməsini uğurun əsas səbəbi hesab edir.  Qeyd edək ki, yarışın startında mövqeyini Fettelə uduzan holland sürücü pit-stopdan sonra mövqeyini qaytarmağı bacarıb.

 

Maks Ferstappen: “Hər şey əla keçdi! Təəssüf ki, birinci dövrədən başa düşdük ki, bizə maksimal sürət çatmır, amma komanda düzgün taktika tətbiq etdi və biz ikinci yerimizi qaytara bildik. Ümumən yarışı özümüzə uyğun qurduq, Lyuisdən çox geri qalmamağa çalışdım, bu gün bizim üçün əsas finişə çatmaq idi.

 

Pit-stopdan sonra, daha doğrusu, pit-leynin çıxışında ötürmələr qutusu nasaz işləməyə başladı. Bundan əvvəl Təhlükəsizlik Maşınının arxasında da qutu ilə bağlı problemlər yaşadım – öz-özünə neytral ötürməyə atırdı. Belə bir problemli gündə ikinci olmağa çox şadam”. 

Müəllif: Natiq NƏSİROV