COKOVİÇDƏN NÜMUNƏVİ ADDIM
Dünyanın 1 nömrəli raketka ustası, UNICEF-in xöşməramlı səfiri Novak Cokoviç Belqradda yerləşən miqrant və Qaçqın uşaqları məktəbini ziyarət edib. Bu Mərkəz Serbiya hökuməti, Belqrad bələdiyyəsi və UNICEF komissiyası tərəfindən “Bristol” otelində açılıb.
Cokoviç ziyarətdən sonra mətbuat nümayəndələrinə belə açıqlama verib: “Bu uşaqlar valideynləri ilə birlikdə həftələrlə yollarda olublar, günün istisini, gecənin soyuq və yağışını görüblər, açıq səma altında gecələməli olublar. Onlar fiziki olaraq tükənib, psixoloji zədə alıblar. UNICEF tərəfindən təşkil edilmiş bu cür Mərkəzlər onlara istirahət yeri və peşəkərlar tərəfindən mükəmməl psixoloji yardım üçün vacibdir. Miqrant və qaçqın uşaqları Uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq müdafiə olunmalıdırlar. Bu uşaqlar Avropadakı bir çox uşaqlar kimi acınacaqlı vəziyyətdə yaşamağa məcbur olublar. Halbuki tezliklə qış gəlir və bu onların həyat və sağlamlığını daha böyük təhlükə altına qoyur.”