Gimnastımız Dünya Kubokunun qalibi oldu

ESTAFET/ Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.
Turnirin son günü 2 il ərzində təşkil olunmuş bütün Dünya Kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının xüsusi kubokları təqdim edilib. Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa Çempionu Mixail Malkin burada da birinciliyini qoruyub saxlayaraq, kuboka layiq görülüb.

