Hacıyev "Ugra Open"in qalibi oldu

ESTAFET/ Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçirilib.


Ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında çıxış edən güləşçilərimizdən Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Qasımov (61 kq) və Roman Bəkirov (97 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yeri tutub.


Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub. 

Müəllif: Bəhruz MƏMMƏDOV