"Sevincimin həddi-hüdudu yoxdur": Turan Bayramov

ESTAFET/ Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.

 

Sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”. 

Müəllif: Bəhruz MƏMMƏDOV