Yığmalarımızın açıq məşqi olacaq

ESTAFET/ Güləş yığmalarımız Macarıstanda keçiriləcək dünya çempionatının hazırlığını davam etdirir.

 

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət millimiz Türkiyədə, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız isə vətəndə təlim-məşq toplanışı keçir. Sabah həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11.00-da Olimpiya Güləş Mərkəzində başlayacaq hazırlıq prosesində baş məşqçilər – Firdovsi Umudov və Şaban Donat jurnalistlərin suallarını cavablandıracaq. 

Müəllif: Natiq NƏSİROV