Dünya çempionatında ilk günün püşkatması keçirilib
ESTAFET/ Sabahdan etibarən Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatına start veriləcək. Bu gün yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında sabah 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
61, 74, 86 və 125 kq-da çıxış edən güləşçilərimiz ilk rəqibləri, ümumilikdə isə potensial rəqiblərini tanıyıblar.
61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)
74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)
86 kq
1/16 final - Murad Süleymanov - Dauren Kuruqluyev (RUS)
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR)
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.