Badmintonçularımız mükafatsız qaldılar

ESTAFET/ Yunanıstanın Xanya şəhərində keçirilən "Hellas Open 2018" turniri davam edir. Turnirin 3-cü yarış günündə badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında növbəti görüşünü keçirib.

 

Dviçayo 1/4 finalda turnirin bir nömrəli reytinq favoriti Polşa badmintonçusu Adrian Dziolko ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. Edi ilk seti 27-25 hesabı ilə irəlidə bitirsə də, növbəti 2 setdə polşalı rəqibinə uduzub. (18-21,8-21) Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi kişilərin şəxsi yarışında da qüvvəsini sınayıb. Təmsilçilərimiz bu kateqoriya üzrə 1/8 finalda danimarkalı Peter Korrel - Andres Fleşerlə qarşılaşıb. Badmintonçularımız 3 set davam edən qarşılaşmada rəqiblərinə 1:2 (17-21,21-17,18-21) hesabı ilə uduzub. Turnirə sabah yekun vurulacaq. 

Müəllif: Natiq NƏSİROV