Güləşçilərimizdən mundiala uğursuz start

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gündən etibarən Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatına start verilib. Mundialın ilk yarış günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar. 

 

Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlsə də, npvbəti mərhələdə yapon güləşçi ilə qarşılaşmadan məğlub ayrılıb. 

 

74 kq-da Abubakr Abakarov ilk iki görüşünü qələbə ilə başa vurduqdan sonra 1/4 finalda gürcü güləşçiyə məğlub olub. Gürcü güləşçi finala çıxdığı üçün təmsilçimiz bürünc şansı əldə etmişdi. Lakin özbək güləşçiyə məğlubiyyət onun bu arzusunu ürəyində qoyub.  

 

86 kq çəki dərəcəsindəki təmsilçimiz Murad Süleymanov ilk mərhələdə Rusiya təmsilçisinə uduzub.

 

Ən ağır çəkili güləşçimiz Cəmaləddin Məhəmmədov da debütdəcə mübarizəni dayandırmalı olub. 

 

61 kq

Təsnifat: Pərviz İbrahimov - Skott Şiller (CAN) 8:6

1/8 final: Pərviz İbrahimov - Kazuya Koyanaqi (JPN) 4:9

 

74 kq

1/16 final: Abubakr Abakarov - Hanok Raşamin (İSR) 10:0

1/8 final: Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (MGL) 6:5

1/4 final: Abubakr Abakarov - Avtandil Kentçadze (GEO) 2:5

Təsəlliverici: Abubakr Abakarov - Bekzod Abdurahmanov (UZB) 0:7

 

86 kq

Təsnifat: Murad Süleymanov - Dauren Kuriqliyev (RUS) 0:7

 

125 kq

Təsnifat: Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR) 3:4 

Müəllif: Natiq NƏSİROV