PİNQ-PONQ MƏKTƏBİNƏ YEKUN VURULUB
ESTAFET/ Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Pinq-ponq məktəbi” adlı layihəyə yekun vurulub.
Layihənin keçirilməsində məqsəd “pinq-ponq” idman növünə marağın artırılması və bu idmanla məşğul olan istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.
Layihənin rəhbəri Vaqif Fatehinin sözlərinə görə, seçim mərhələsində 70-ə yaxın gənc iştirak edib və ən fəallarına 4 gün təlim keçirilib.
Mənbə: Azərtac