"Şerif" - "Qəbələ" oyununun hakimləri müəyyənləşdi

ESTAFET/ UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. 2017/18 mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu adını qazanan “Qəbələ”nin U-19 komandasının Moldova “Şerif”i ilə səfərdəki matçının hakimləri də müəyyənləşib.

 

Oktyabrın 24-də Tiraspolda keçiriləcək matçı Kiprdən olan hakimlər idarə edəcək. “Şerif” stadionunun kiçik arenasındakı görüşün baş hakimi Timofeos Kristofi olacaq. Ona həmyerliləri Giorgos Savva və Andreas Mixailidis kömək edəcək. Oyunun dördüncü hakimi funksiyası moldovalı İon Orlikə tapşırılıb. 

Müəllif: Natiq NƏSİROV