Netreba dünya üçüncüsü oldu

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.


İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb. İrina oktyabrın 24-də bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb.


Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub. Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva isə 1/8 finalda türk həmkarına müqavimət göstərə bilməyib. Amma Yasemin Adar finala çıxdığından Səbirə oktyabrın 24-də təsəlliverici görüşə çıxıb. Ancaq yaponiyalı həmkarına da uduzaraq, mübarizəni dayandırıb.

 

65 kq
Bürünc medal görüşü - İrina Netreba - Forrest Ann Molinari (USA) *1:1
1/2 final: İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final: İrina Netreba - Çuyinq Tanq (CHN) 3:0
1/8 final: İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat: İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2

 

68 kq
Təsnifat: Elis Manolova - Dalma Kaneva (İTA) 1:3

 

76 kq
Təsəlliverici görüş: Səbirə Əliyeva - Hiroe Minaqava Suzuki (JPN) 0:10
1/8 final: Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10 

Müəllif: Natiq NƏSİROV