Qarayev UEFA-nın 5-liyində

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan sonra statistik göstəricilər açıqlanıb. UEFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, "Qarabağ"ın üzvü Qara Qarayev 3 turdan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb.

Onun 212 ötürməsindən 195-i (92 faiz) dəqiq olub.

 

Siyahıya isə "Çelsi"nin futbolçusu Sesk Fabreqas liderlik edir. İspan yarımmüdafiəçinin 283 ötürməsindən 262-si dəqiq alınıb.
 

Müəllif: Estafet.az