Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi də bilindi

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bu ada “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq görülüb.

Avstriyalı mütəxəssisin komandası sentyabrda keçirdiyi 3 çempionat matçında 2 qələbə qazanıb, 1 heç-heçə edib.

“Kristal Pelas” hazırda 12 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Qlasner 2024-cü ilin əvvəlindən İngiltərə klubuna rəhbərlik edir.

Müəllif: Orxan NOVRUZOV