Tərlan Əhmədov rəsmən "Keşlə"nin baş məşqçisi oldu

ESTAFET/ Keşlə Futbol Klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün klubun Müşahidə Şurasının iclası keçirilib. Gündəlikdəki məsələnin müzakirəsindən sonra aşağıdakı qərar qəbul edilib:
1. Keşlə Futbol Komandasının baş məşqçi vəzifəsinə Tərlan Əhmədov təyin olunsun.
Həmçinin qeyd olunub ki, iclasda digər məsələlər barədə də müzakirələr aparılıb.
Azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanmışdır.
Xatırladaq ki, Tərlan Əhmədov son klubu “Neftçi”dən ötən mövsümün sonunda ayrılmışdı.
