Daha 3 atletimiz dünya çempionatında çıxış etdi

ESTAFET/ Xəbər verdiyimiz kkimi, 1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində start götürən kişilər və qadınlar arasında ağır atletika üzrə dünya çempionatı davam edir. Aşqabad Olimpiya Kompleksində təşkil olunan yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparır. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.

 

Bu gün onlardan daha üçü – Rüstəm Qasımov və Kənan Xəlilov 67 kq çəki dərəcəsinin C qrupunda, Füqan Əliyev isə 73 kq çəki dərəcəsinin D qrupunda körpücük üzərinə çıxıblar.

 

Rüstəm Qasımov toplam 245 kq (110+135) nəticə ilə 67 kq çəki dərəcəsinin C qrupunda 9-cu, Kənan Xəlilov isə 255 kq (120+135) nəticə ilə 8-ci yeri tutub.

 

Füqan Əliyev isə toplam 270 kq (118+152) nəticə ilə 73 kq çəki dərəcəsinin D qrupunda 3-cü yeri tutub.

 

Təmsilçilərimizin yekun sıralamadakı yeri yuxarı qruplarda yarışlar bitəndən sonra məlum olacaq. 

Müəllif: Natiq NƏSİROV