Son gün meydan sahibləri sevindi: Bundesliga - X tur

ESTAFET/ Futbol üzrə Almaniya Bundesliqasında 10-cu turun oyunlarına yekun vurulub. İlk oyun günü baş tutan yeganə qarşılaşmada "Ayntraxt" Ştutqart səfərində 3 xalı 3 qolla qazanıb. 


İkinci oyun günündə meydana çıxan "Bavariya" "Frayburq"un müqavimətini qıra bilməyib. Dortmund "Borussiya"sı isə "Volfsburq" səfərindən tək qolla qalib gəlməyi bacarıb.

 

Son oyun günündə Münhenqladbax "Borussiya"sı və "Maynts" doğma meydanda müvafiq olaraq "Fortuna" və "Verder" üzərində qələbə qazanıblar. 


Almaniya Bundesliqası, 2018/2019 mövsümü
10-cu turun oyunları


2 noyabr 2018


Ştutqart - Ayntraxt 0:3
Qollar: Haller 11, Rebiç 32, Müller 89


3 noyabr


Auqsburq - Nürnberq 2:2
Qollar: Finnboqason 11, Şmid 59 : Fuxs 54, Muhl 88


Bavariya - Frayburq 1:1
Qollar: Qnabri 80 : Holer 89


Bayer - Hoffenhaym 1:4
Qollar: Bellarabi 30 : Nelson 19, Joelinton 34, 73, Qrifo 49 (p.)


Şalke - Hannover 3:1
Qollar: Bentaleb 57 (p.), Embolo 71.,Ut 85 : Veydandt 70


Volfsburq - Borussiya (Dortmund) 0:1
Qol: Roys 27


Herta - Leyptsiq 0:3
Qollar: Verner 7, 53, Kunya 75


4 noyabr


Borussiya (Münhenqladbax) - Fortuna 3:0
Qollar: Hazard 48, 82, Hofmann 67


Maynts - Verder 2:1
Qollar: Mateta 25, Qbamin 51 : Pizarro 78

Müəllif: Orxan NOVRUZOV