DÇ-2016: İLK GÜNÜN QAZANCI 1 BÜRÜNC OLDU
ESTAFET/ Xəbər verdiyimiz kimi, Kanadanın Burnabi şəhərində gənclər arasında taekvondo üzrə Dünya Çempionatı start götürüb. Azərbaycan yığması çempionatda Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevadan (55 kq) ibarət heyətlə iştirak edir.
Yarışların ilk günündə yığmamızın 4 üzvü Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq) dayanq üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız biri mükafatçılar sırasında yer alıb. Belə ki, oğlanların yarışında 45 kq çəki dərəcəsində mübarizə aparan Ayaz Qəmbərli yığmamıza ilk medalı - bürünc medalı qazandırıb.
Bütün təmsilçilərimizin nəticələrini təqdim edirik.
Qızlar - 42 kq
1/16 final: Mehriban Məmmədova - Aydana Yedilbayeva (Qazaxıstan) 1:1 QX 3:0
1/8 final: Mehriban Məmmədova - Na Yeon Han (C.Koreya) 3:8
Qızlar - 44 kq
1/16 final: Aliyə Zeynalova - Karmen Kabalero (Peru) 0:0 QX 3:0
1/8 final: Aliyə Zeynalova - Lorena Kabel Solas (İspaniya) 0:4
Oğlanlar - 45 kq
1/16 final: Ayaz Qəmbərli - Nikolas Delaye (Quadalaxara) 14:0
1/8 final: Ayaz Qəmbərli - Omar Şaraki (Misir) 7:1
1/4 final: Ayaz Qəmbərli - Rabil Sagitzanov (Qazaxıstan) 14:4
Yarımfinal: Ayaz Qəmbərli - Çenq-Çun Çanq (Taypey) 12:12 QX 0:1
Oğlanlar - 48 kq
1/16 final: Cavid Məmmədov - Fransisko Tavarez (Dominikan) 14:4
1/8 final: Cavid Məmmədov - Georgios İoannou (Yunanıstan) 4:4 QX 0:1