Azərbaycan çempionatı keçiriləcək

ESTAFET/ 23-25 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclərin 19-cu, Böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimi 23 noyabr saat 17:00-da başlanacaq. Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək ggənclər, həmçinin böyüklər iştirak edəcək.
Son imtahandan uğurla keçən məşqçilər və əməkdar məşqçilər (yalnız bu il istisna olmaqla və qeydiyyat zamanı vəsiqəsini təqdim etmək şərti ilə) yarışda məşqçi kimi iştirak edə bilərlər.
