Yunan-Roma güləşçilərinin Almatı sınağı

ESTAFET/ Noyabrın 17-18-də Qazaxıstanın Almatı şəhərində yunan-Roma güləşi üzrə “Turluxanov Cup” beynəlxalq turniri keçiriləcək.

 

Yarışda ölkəmizi baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (60 kq), Kamran Məmmədov, Orxan Eyvazov (hər ikisi 67 kq), Həsən Əliyev (77 kq) və Nəzərşah Fətullayev (87 kq) təmsil edəcək.

 

III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ənənəvi turnirdə ədaləti qoruyacaq. 

Müəllif: Natiq NƏSİROV