Türkan Nəsirova dünya çempionatında 5-ci oldu

ESTAFET/ Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Yarışın 3-cü günündə qadınların mübarizəsinə start verilib. Yığmamızın dörd üzvündən ikisi bu gün xalça üzərinə çıxıb.

 

Türkan Nəsirova 1/8 finalda rusiyalı güləşçiyə uduzub. Ancaq rəqib finaladək irəlilədiyi üçün yığma üzvü noyabrın 15-də təsəlliverici görüşə çıxıb. Belarus təmsilçisinə ilk hissədə tuşe ilə qalib gələn Nəsirova axşam seansında bürü

nc medal uğrunda monqolustanlı güləşçiylə qarşılaşıb və ona uduzaraq 5-ci yerlə kifayətlənib.
Səbirə Əliyeva mundiala inamlı başlayıb. Güləşçimiz təsnifat mərhələsində cəmi 38 saniyəyə ukraynalı idmançıya tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə Kanada təmsilçisi Əliyeva üzərində eyni formada qələbə qazanıb.

 

50 kq
Bürünc medal görüşü: Türkan Nəsirova - Namuuntsetseq Tsoqt Oçir (MGL) 0:10
Təsəlliverici görüş: Türkan Nəsirova - Kseniya Stankeviç (BLR) 4:0 (tuşe)
1/8 final:Türkan Nəsirova - Nadejda Sokolova (RUS) 5:11

 

76 kq
1/4 final: Səbirə Əliyeva - Qreysili Duqan (CAN) 2:7 (tuşe)
Təsnifat: Səbirə Əliyeva - Anastasiya Şustova (UKR) 2:0 (tuşe) 

Müəllif: Orxan NOVRUZOV