Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

ESTAFET/ Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Yarışın açılış mərasimində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar.

 

Dövlət himni səsləndirildikdən sonra respublika çempionatı açıq elan olunub. Cüdo üzrə Azərbaycan çempionatında 56 klubdan 500-ə yaxın idmançı mübarizə aparır.

 

İki gün davam edəcək yarışın ilk günündə kişilər arasında 60, 73, 90, qadınların yarışında isə 48, 57, 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

 

Yarışın ikinci günündə kişi cüdoçular 66, 81, 100 və +100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınların yarışında isə 52, 63, 78 və +78 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV