Sərbəst güləşçilərimiz "Day of children" turnirində

ESTAFET/ Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında "Day of children" turniri keçiriləcək.

 

Komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edəcək.

 

Yığmamız İran-1 və Ermənistanla eyni qrupda yer alıb. Digər qrupda İran-2, İran-3 və Gürcüstan qərarlaşıb. Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyacaq. 

Müəllif: Orxan NOVRUZOV