DÇ-2016: TƏMSİLÇİLƏRİMİZ ÇIXIŞLARINI BAŞA VURDULAR

ESTAFET/ Xəbər verdiyimiz kimi, Kanadanın Burnabi şəhərində gənclər arasında taekvondo üzrə Dünya Çempionatı keçirilir. Azərbaycan yığması çempionatda Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevadan (55 kq) ibarət heyətlə iştirak edirdi.

 

Bu gün çempionatda son iki təmsilçimiz - Əliəsgər Əliyev (68 kq) və Mert Çiçək (73 kq) dayanq üzərinə çıxıb. Əliəsgər komandamızın aktivinə daha bir medal qazandırıb. Beləliklə də yığmamız çempionatı 1 gümüş və 2 bürünc medalla başa vurub.

 

68 kq

1/32 final: Əliəsgər Əliyev - Qabriel Nasimento da Silva (Braziliya) 8:6

1/16 final: Əliəsgər Əliyev - Qriqoriospanagiotis Kasidiaris (Yunanıstan) 3:1

1/8 final: Əliəsgər Əliyev - Uesli Maran (Mavritaniya) 12:0

1/4 final: Əliəsgər Əliyev - Yeon-Jun Hvanq (Koreya) 8:6

Yarımfinal: Əliəsgər Əliyev - Konstantin Kosteneviç (Ukrayna) 1:13 

 

73 kq

1/32 final: Mert Çiçək - Reon Saikia (Hindistan) 8:1

1/16 final: Mert Çiçək - Seunq-Min Lee (Koreya) 5:13