Gənc güləşçilər üçün anti-dopinq seminarı keçirilib

ESTAFET/ Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə gənc güləşçilərlə seminar keçirilib.

Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və Terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev pəhləvanlara dopinqlə bağlı qayda pozuntuları, qadağan olunmuş maddələr və üsullar, yasaq preparatların siyahısı və başqa bu kimi məsələlər haqqında ətraflı məlumat verilib. Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə də idmançıları tanış edib.  

Müəllif: Bəhruz MƏMMƏDOV