Ölkə başçısı FIDE-nin yeni prezidentini qəbul edib

ESTAFET/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasınını (FIDE) yeni seçilmiş prezidentini Arkadiy Dvorkoviçi qəbul edib. Rusiyalı qonağı Bakıda qəbul edən ölkə başçısı onu seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib. 

 

Görüşdə həmçinin FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, FIDE-nin icraçı direktoru Emil Sutovskiy, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Milli Bankının və Şahmat Federasiyasının rəhbəri Elman Rüstəmov da iştirak ediblər. 

 

Görüş zamanı ölkə başçısı qonağın səfərini Azərbaycanda şahmat ənənələrinə diqqət və hörmətin əlaməti olaraq qiymətləndirib. Dvorkoviç isə dost ölkənin dəstəyini rəhbərlik etdiyi qurumun fəaliyyətində daim hiss etdiklərini bildirib. 

Müəllif: Natiq NƏSİROV