STOLÜSTÜ TENNİSÇİLƏRİMİZ AVROPA ÇEMPİONATINA YOLA DÜŞÜB

Sentyabr ayının 24-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 6 nəfər üzvü (3 oğlan və 3 qız) baş məşqçilər L.Kuxarski və A.Zudovun rəhbərliyi ilə 25 sentyabr – 4 oktyabr tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçiriləcək Avropa çempionatına yola düşüb. İdman tədbiri komanda, şəxsi və qoşa dərəcələrdə təşkil olunacaq. Oğlan idmançılarımız  III divizionda, qız idmançılarımız isə II divizionda çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Zaur Mikayılov və Könül Mikayılova ilk dəfə olaraq qitə çempionatında hakimlik edəcəklər.