GGP FİNAL-2016: YUNAN-ROMA GÜLƏŞİ
ESTAFET/ Xəbər verdiyimiz kimi, 24 noyabr tarixindən etibarən ölkəmizdə Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Golden Gran Prix" yarışlarının finalları start götürmüşdü. Yarışların ilk günündə kişi sərbəst güləşçilər, ikinci günündə isə qadın sərbəst güləşçilər mübarizə aparmışdı. Bu gün, turnirin son günündə isə "klassik" güləşçilər ən güclüləri müəyyən ediblər. Günün bütün mükafatçılarını, görüşlər və nəticələrini təqdim edirik.
59 kq ( Bütün görüşlər )
QIZIL: Keniçiro Fumita (Yaponiya)
GÜMÜŞ: Firuz Tuxtayev (Özbəkistan)
BÜRÜNC: Mingiyan Semyonov (Rusiya)
BÜRÜNC: Kanıbek Jolçubekov (Qazaxıstan)
66 kq ( Bütün görüşlər )
QIZIL: Artyom Surkov (Rusiya)
GÜMÜŞ: Şmaqi Bolkvadze (Gürcüstan)
BÜRÜNC: Rövşən Tağıyev (Azərbaycan)
BÜRÜNC: Qiuk Çoy (C.Koreya)
71 kq ( Bütün görüşlər )
QIZIL: Həsən Əliyev (Azərbaycan)
GÜMÜŞ: Balint Korpasi (Macarıstan)
BÜRÜNC: Ridonq Zanq (Çin)
BÜRÜNC: Aleksandr Maksimoviç (Serbiya)
75 kq ( Bütün görüşlər )
QIZIL: Viktor Nemes (Serbiya)
GÜMÜŞ: Elvin Mürsəliyev (Azərbaycan)
BÜRÜNC: Zurabi Datunaşvili (Gürcüstan)
BÜRÜNC: Ruslan Tsarev (Qırğızıstan)
80 kq ( Bütün görüşlər )
QIZIL: Rafiq Hüseynov (Azərbaycan)
GÜMÜŞ: Aslan Atem (Türkiyə)
BÜRÜNC: Davlet Jaxilikov (Qazaxıstan)
BÜRÜNC: Karlos Andres Munoz Jaramillo (Kolumbiya)
85 kq ( Bütün görüşlər )
QIZIL: İslam Abbasov (Azərbaycan)
GÜMÜŞ: Tadeuş Mixalik (Polşa)
BÜRÜNC: Sultan Bəybala İsmayılov (Azərbaycan)
BÜRÜNC: Yevgeni Saleyev (Rusiya)
98 kq ( Bütün görüşlər )
QIZIL: Musa Evloyev (Rusiya)
GÜMÜŞ: Aleksandr Hrabovik (Belarus)
BÜRÜNC: Amirhossein Majid Hosseini (İran)
BÜRÜNC: Cenk İldem (Türkiyə)
130 kq ( Bütün nəticələr )
QIZIL: Oyan Nazariani (Azərbaycan)
GÜMÜŞ: Kiril Xrişçanka (Belarus)
BÜRÜNC: Oleksandr Çernetski (Ukrayna)
BÜRÜNC: Oskar Pino Hinds (Kuba)