Maurisio Arrivabene "Ferrari"ni tərk etdi
ESTAFET/ Formula 1 komandalarından olan "Ferrari" komandanın rəhbəri Maurisio Arrivabenenin vəzifəsindən getdiyini təsdiqləyib. Onun yerini isə komandanın texniki direktoru olan Mattia Binotto tutub. Binotto əvvəlki vəzifəsini də icra edəcək.
Komandanın yaydığı müraciətdə aşağıdakı fikirlər yer alıb:
"Komandaya 4 il fasiləsiz bağlılıqdan və özünü tamamilə işinə həsr etdikdən sonra Maurisio Arrivabene komandanın rəhbəri vəzifəsini tərk etdi. Maurisionun uzunmüddətli şəxsi maraqlarını və komandanın maraqlarını nəzərə alaraq, top-menecmentlə birlikdə davamlı müzakirələrdən sonra bu qərar qəbul olunub.
Komandanın son illər mübarizəyə davamlılığının artırılmasında verdiyi dəyərli töhfəyə görə, "Ferrari" Maurisioya təşəkkür edir və gələcəkdə uğurlar arzulayır.
Komandanın rəhbəri vəzifəsini Mattia Binotto tutur və qərar həmən qüvvəyə minir. Bütün texniki heyət birbaşa Mattianın tabeçiliyində qalırlar".