Arrivabenenin yeni iş yeri hara olacaq?
ESTAFET/ Xəbər verdiyimiz kimi, Formula 1 komandalarından olan "Ferrari" komandası 2014-cü ildən bəri komandaya başçılıq edən Maurisio Arrivabene ilə yollarını ayırıb. İtalyan mütəxəssis yaxın günlərdə yeni vəzifəyə təyin oluna bilər.
Maurisionun bu həftə "Yuventus" klubunun rəhbərliyi ilə görüşəcəyi bildirilir. Gözlənilir ki, görüşdə tərəflərin Arrivabenenin komandanın başçısı vəzifəsini tutması şərtləri müzakirə olunacaq. Maurisionun "Exor" holdinqinin sahibi olan Anyelli ailəsi ilə sıx əlaqələrini nəzərə alsaq, onun şansını yüksək dəyərləndirmək olar. Belə ki, "Exor" holdinqi "Fiat" konserninin, "Ferrari" şirkətinin və "Yuventus" komandasının sahibidir.
Bundan başqa, Arrivabene 2012-ci ildən klubun direktorlar şurasının üzvüdür, müxtəlif illərdə maliyyə və təhlükəsizlik komitələrinə rəhbərlik edir, ona görə də komandanın işinə bələddir.