Ramil Şeydayev BƏƏ-yə yollandı

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" təlim-məşq toplanışına başlayıb. Klubun saytında verilən məlumata görə, Samara təmsilçisi bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.

Toplanış yanvarın 27-dək davam edəcək. Baş məşqçi Miodraq Bojoviç BƏƏ-yə 26 oyunçu aparıb ki, onlar arasında Şeydayev, həmçinin yenicə transfer edilən Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov da var.

Abu-Dabidəki toplanış çərçivəsində Premyer Liqa klubu 2 yoxlama görüşü keçirəcək. Komanda yanvarın 22-də "Jilina", 26-da isə "Riqa" ilə üz-üzə gələcək. 

Müəllif: Natiq NƏSİROV