Braliç "Neftçi-2"nin heyətində məşqlərə başlayıb

ESTAFET/ Hazırda özünə yeni komanda axtaran futbolçu Slavko Braliç bir neçə klubla danışıqlarını davam etdirir. Bu müddət ərzində formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı xorvatiyalı müdafiəçi "Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi” Slavko Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm komandamızın heyətində 13 oyunda meydana çıxıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV