“Sumqayıt” 5 yoxlama oyunu keçirəcək
ESTAFET/ Futbol üzrə Azərbaycan Birinci Divizionunun lideri olan “Sumqayıt”ın əvəzediciləri çempionatın ikinci dövrəsinə hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, sözügedən komanda Elbrus Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə olmaqla “Sumqayıt Arena"nın köməkçi meydançasında məşqlərini həyata keçirir.
Qeyd edək ki, hazırlıq dönəmində "Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 17-də Region Liqası təmsilçisi "Uğur", 24-də "Şahdağ", 26-da Birinci Divizion təmsilçisi "Qarabağ-2", 31-də isə "Səbail-2" ilə hazırlıq matçları keçirəcək. 5-ci rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.