“2-ci dövrə daha çətin olacaq”: Qurban Qurbanov

ESTAFET/ “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. "TRT Spor" telekanalının əməkdaşları Antalyada hazırlıq keçən “köhlən atlar”ın düşərgəsinə baş çəkiblər.

Onlar komandanın baş məşqçisi Qurban Qurbanovdan açıqlama alıblar:

"Hər şey qaydasındadır. Futbolçulardan tam istədiyimizi ala bilməmişik, ancaq vaxtımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey düşündüyümüz kimi alınacaq.

Mövsümün ilk hissəsi bizim üçün çox çətin oldu. Bəlkə də, ikinci dövrə daha da çətin olacaq. Ona görə də, futbolçularımız hər məşqdə, hər oyunda diqqətli və ciddi olmalıdırlar". 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV