Yeniyetmə şpaqaçılarımız Rusiyada ikinci oldu
ESTAFET/ Rusiyanın İvanova şəhərində 2004-2007 təvəllüdlü yeniyetmələr arasında şpaqa üzrə 2-ci “Rusiyanın qızıl üzüyü” adlı komandalar arası açıq turnir keçirilib.
Qızların yarışında Alfiyə Abdinova, Azərin İdriszadə və Nazilə Rəhimovadan ibarət komandamız da iştirakçılar arasında yer alıb. Yeniyetmə şpaqaçılarımız 7 komandanın mübarizəsində 1/4 və yarımfinal mərhələsini uğurla adlasa da, finalda uduzaraq yarışı ikinci sırada başa vurub.