KARLSEN TİTULUNU QORUDU
ESTAFET/ ABŞ-ın Nyu York şəhərində şahmat üzrə Dünya Çempionu adı uğrunda görüşlər başa çatdı. Bu gecə oynanılan tay breklərdə Dünya Çempionu norveçli Maqnus Karlsen rus Sergey Karyakine heç bir şans vermədi və açıq üstünlüklə qalib gələrək, titulunu özündə saxladı.  
 
 
Tay breklərin nəticəsi:
 
Maqnus Karlsen - Sergey Karyakin 3-1
 
 
Qeyd: Reqlamentə əsasən, hazırkı Dünya Çempionu norveçli zəka sahibi Maqnus Karlsenlə iddiaçı Sergey Karyakin (Rusiya) arasında 12 partiya oynanılmışdı. Heç-heçə təqdirində tay-breklər oynanılmalı idi. Şahmatçılar arasında keçirilən 12 klassik görüşün yükununda hesab 6-6 bərabərliklə başa çatmışdı.