Üç klubumuz Antalyada ilk oyunlarına çıxacaq
ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqası təmsilçilərindən üçü sabah yoxlama görüşləri keçirəcək. Hər 3 komandamız Antalyada ilk oyununu keçirəcək.
İlk olaraq meydana “Zirə” çıxacaq. Samir Abbasovun komandası Rumıniya “Voluntari”si ilə matça saat 17:00-da çıxacaq. Daha bir Azərbaycan-Rumıniya duelində “Neftçi” və “Qaz-Metan” üz-üzə gələcəklər. Həmin matç 17:30-da start götürəcək.
Təmsilçilərimizdən sonuncu olaraq meydana “Keşlə” çıxacaq. Tərlan Əhmədovun yetirmələri Özbəkistanın U-23 yığması ilə qarşılaşacaq. Həmin oyun saat 18:00-da start götürəcək.