Ölkə çempionatında növbəti oyunlar keçirildi
ESTAFET/ Bugün Voleybol Mərkəzində kişilər arasında Azərbaycan Çempionatında I turun növbəti oyunu keçirildi. "Lokomotiv" klubu MOİK komandasını qəbul etdi. Ilk hissədə 25:19 hesabı ilə Calalovun yetirmələri qalib gəldilər. ikinci hissə gərginliyi ilə yadda qaldı. Setin sonuna kimi gərginlik davam etsədə sonda yenə sevinən 26:24 hesabı ilə Lokomotiv komandası oldu. III hissə görüşün son seti oldu 25:23 hesabı ilə Lokomotiv qalib gələrək çempionatda ilk qələbəsini qazandı.
"Lokomotiv" - MOİK 3:0 (25:19, 26:24, 25:23).
Çempionatda növbəti oyun qadın komandaları arasında keçirildi. Voleybol üzrə qadınlara arasında keçirilən Azərbaycan çempionatında, AVF komandası "Abşeron" klubunu qəbul edirdi. I setdə AVF 25:19 hesabı ilə qalib gəlib. II hissədə "Abşeron" setə üstün başladı və 25:14 hesabı qalib gələrək hesabı bərabərləşdirdi (1:1). III hissədə də "Abşeron" klubu böyük üstünlüklə qalib gəldi 25:17. IV setdə hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Setin sonlarına yaxın AVF qələyə yaxın idi amma buna baxmayaraq Abşeron klubu toparlanaraq 25:21 hesabı ilə IV hissəni və oyunu qalib bitirdi.
AVF - Abşeron 1:3 (25:19, 14:25, 17:25, 21:25)