"Qəbələ"nin 3 futbolçusu millinin düşərgəsində
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. 4 günlük hazırlıq prosesinə 22 futbolçu qatılıb. Antalyada toplanışda olan “Qəbələ”nin 3 üzvü də yığmanın düşərgəsindədir. Onlar “qırmızı-qaralar”ın hazırlığını müvəqqəti tərk edərək millinin məşqlərinə qatılıblar. Bunlar Murad Popov, Amin Seydiyev və Rövlan Muradovdur.
Onların da heyətində yer aldığı yığma yanvarın 24-dək toplanışda olacaq. Komanda bu müddətdə bir yoxlama oyununda qüvvəsini sınayacaq. Millimiz hazırlığın son günündə Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə qarşılaşacaq.