Azərbaycan çempionatına yekun vuruldu

ESTAFET/ Kişilər arasında şahmat üzrə növbəti Azərbaycan çempionatına yekun vurulub.

9 turdan sonra aktivində 6.5 xal olan Məhəmməd Muradlı birinci yeri tutub. Onunla eyni xal toplayan İsmayıl Şahəliyev II, Ülvi Bacaranı isə 6 xalla III yerdə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilmiş çempionatda 20 şahmatçı iştirak edib. 

Müəllif: Natiq NƏSİROV