“Azərsu” üçüncü dövrəyə qələbə ilə başladı

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında üçüncü dövrəyə start verilib. 11-ci turun ilk oyunu Tbilisidə təşkil edilib. Yerli “Olimpiya”nın budəfəki qonağı “Azərsu” olub.

Yanvarın 24-də keçirilən görüşdə, qonaqların imkanları daha yüksək qiymətləndirilirdi. Meydançaya favorit qismində çıxan “Azərsu” etimadı layiqincə doğruldub.

Bakı həndbolçularının tam üstünlüyü şəraitində keçən oyunda, ev sahiblərinin məğlubiyyətdən qurtulmaq cəhdləri bəhrəsiz qalıb. Qarşılaşma 43:21 hesabı ilə “Azərsu” komandasının xeyrinə nəticələnib. 

Müəllif: Bəhruz MƏMMƏDOV