TAEKVONDO ÜZRƏ QRAN-PRİDƏ İLK GÜN - HERÇEQANİ QALİB OLDU

ESTAFET/ Bakıda təşkil olunan Taekvondo üzrə Qran-pri turnirinin final mərhələsinin ilk günündə yığma komandamızın iki üzvü - Roman Samodurov (58 kq) və Milad Beigi Herçeqani (80 kq) mübarizəyə başlayıb. Təmsilçilərimizin keçirdikləri görüşlərin nəticələrini təqdim edirik.



58 kq

1/8 final: Roman Samodurov - Tae-Hun Kim (C.Koreya)


80 kq

1/8 final: Milad Beigi Herçeqani - Hayder Skara (Avstriya) 14:0

1/4 final: Milad Beigi Herçeqani - Heyeon-Vu Kim (C.Koreya) 17:1

Yarımfinal: Milad Beigi Herçeqani - Rene Lizaraqa (Meksika) 18:0

Final: Milad Beigi Herçeqani - Seif Eyssa (Misir) 12:0


Qran-pridə ikinci gün yarışlarında daha 3 taekvondoçumuz - Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq.