Sərdar Əziz "Fənərbaxça"da
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sərdar Azizlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 28 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
2016-cı ildən “Qalatasaray”da forma geyinən Sərdar “Fənərbaxça” klubuyla razılaşıb. Türkiyə millisinin üzvünün keçidinin tezliklə rəsmən açıqlanması gözlənilir.