Yunan hücumçu Marseli İstanbula dəyişir
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır. Super Liqa təmsilçisi Marsel “Olimpik”indən (Fransa) Konstantinos Mitroqlunu transfer etməyə yaxındı.
İstanbul klubu rəsmi saytı vasitəsilə Mitroqlu və Fransa təmsilçisi ilə danışıqlara start verildiyini bəyan edib. Yunanıstanlı hücumçu isə artıq tibbi yoxlanışdan keçmək və müqavilə bağlamaq üçün İstanbula gəlib.
Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” fransızlarla yunan forvardın 1,5 illik icarəsi üçün razılıq əldə edib.
Karyerası ərzində “Olimpiakos”, “Fulhem”, “Benfika” kimi klubların şərəfini qoruyan Mitroqlu, 2017-ci ildən Marsel təmsilçisində çıxış edir.
30 yaşlı forvard cari mövsümdə 13 matçda iştirak edərək, 3 qol vurub.
Mitroqlu Yunanıstan millisində 64 oyuna çıxıb.