İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda
ESTAFET/ Həndbol üzrə Beynəlxalq dərəcəli hakim – deleqat İsgəndər Əsgərov daha bir təyinat alıb. Təcrübəli mütəxəssis kişi həndbolçuların “Challenge Cup” turnirinin “Neva” (Rusiya) – “Povajska Bistritsa” (Slovakiya) görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.
Fevralın 15-də Sankt-Peterburq şəhərində keçiriləcək cavab oyununun idarəçiliyi isə makedoniyalı Danielo Bojinovski və Viktor Naçevskiyə həvalə olunub.
Qeyd edək ki, rəqiblərin ilk qarşılaşması fevralın 9-da Slovakiyanın Povajska Bistritsa şəhərində keçiriləcək.