RÜFƏT HÜSEYNOVUN BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATDAKI RƏQİBLƏRİ

Qətərin paytaxtı Dohada 6 oktyabrda boks üzrə böyüklər arasında növbəti dünya çempionatı başlayacaq. Komandamız yarışda 9 çəki dərəcəsində iştirak edəcək.

 

Xaybulla Musalovun (75 kq) gözündə əməliyyat olunduğu üçün, dünya çempionatında iştirak edə bilməyəcək. Bu gündən etibarən boksçularımız Rio De Janeyro olimpiadasına lisenziya xarakteri daşıyan yarışda şanslarını dəyərləndirəcək.

 

Rüfət Hüseynov 49 kq çəki dərəcəsində çıxış edəcək.

 

Gənc boksçumuz ilk dəfə Nanjinqdə yeniytmələrin Olimpiya Oyunlarında qızıl medal qazanmaqla, diqqət mərkəzinə düşüb. Bundan əvvəl 49 kq çəki dərəcəsində seçmə komandamızın lideri Salman Əlizadə sayılırdı. Amma Əlizadə Avropa Oyunlarında uğursuz çıxış edərək, dünya çempionatına vəsiqə qazana bilmədi. Bu səbəbdən Sofiyada təşkil olunan Avropa çempionatına Hüseynov yola düşəcək. Böyüklər arasında qitə çempionatına qatılan boksçumuz bürünc medal qazanmaqla, həm də mundiala vəsiqə əldə etdi.

 

Qətərdə 49 kq çəki dərəcəsində 25 boksçu gücünü sınayacaq. Qələbəyə əsas namizədlər arasında rusiyalı Avropa çempionu Vasili Yeqorovun adı çəkilir. Avropa Oyunlarında Rusiya komandasının heyətində Bator Saqaluyev qızıl medala sahib olsa da, baş məşqçi Aleksandr Lebzyak bu dəfə digər idmançıya şans verib. Yeqorovdan başqa, Avropa Oyunlarının bürünc mükafatçısı ukraynalı Dmitri Zamotayev, Avropa Oyunlarında 2-ci yeri tutmuş Brendan İrvin (İrlandiya), özbəkistanlı Həsənboy Dusmatov, Yohanis Argilaqos (Kuba) favorit sayılırlar.