Bakı şəhər birinciliyinə yekun vurulub

ESTAFET/ Dünən 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2007-2008 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Fevralın 7-də start götürən yarışda 34 qız və 40 oğlan yarışıb. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.
Şəxsi oğlanlar:
1.Məhəmmədəli Bayramov
2.Sərxan Bağırov
3.Murad İbrahimli
Şəxsi qızlar:
1.Fatimə Əşrəfova
2.Aysu Ələkbərova
3.Həcər Nuriyeva
Qoşa oğlanlar:
1.Sərxan Bağırov - Məhəmmədəli Bayramov
2.Bağır İsmayılov - Rəşad Allahverdiyev
3.Murad İbrahimli - Məhəmməd Yolçiyev
Qoşa qızlar:
1.Fatimə Əşrəfova - Aysu Ələkbərova
2.Nigar Səmədova - Əminə İsmayılova
3.Həcər Nuriyeva - İntizar Mustafayeva
Qarışıq - qoşa:
1.Həcər Nuriyeva - Sərxan Bağırov
2.Fatimə Əşrəfova - Bağır İsmayılov
3.Nigar Səmədova - Məhəmmədəli Bayramov
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.
