Gənc boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək

ESTAFET/ Sabah gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək. Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 35 komanda mübarizə aparacaq.
10 çəki dərəcəsi üzrə baş tutacaq yarış Boks Mərkəzində təşkil olunacaq. Birincilikdə 120 boksçu gücünü yoxlayacaq.
6 gün davam edəcək çempionatda final döyüşləri fevralın 18-də baş tutacaq. 

Müəllif: Natiq NƏSİROV