Stolüstü tennisçilərimizin Latviyanın Riqa şəhərində növbəti qələbəsi

ESTAFET/ Latviyanın Riqa şəhərində keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə 2007-ci il təvəllüd və azyaşlıların oyunları artıq başa çatmışdır. Ölkəmizi təmsil edən Adil Əhmədzadə (2008) gümüş medal, Hüseyn Eylazov isə bürünc medal qazanmışdır.
Qızların oyunlarında isə Arzu Aslanova (2008) bürünc medal qazanmışdır.
Qeyd edək ki, turnirdə Azərbaycan,Rusiya, Ukrayna, Estoniya, Belarusiya, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer adalarından idmançılar mübarizə aparır.
Digər yaş qruplarının oyunları 17 fevral tarixinədək davam edəcək.

