Stolüstü tennisçilərimiz Riqada 4 medal qazanıb

ESTAFET/ 15-17 fevral 2019-cu il tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə Gənclərin Beynəlxalq Kuboku keçirilib. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparırdılar.

2007- ci il və azyaşlıların oyunlarında tennisçimiz Adil Əhmədzadə (2008) komandamıza gümüş, Hüseyn Eylzaov (2008) isə bürünc medal qazandırıb. Qızların yarışında isə Aslanova Arzu (2008) bürünc medala sahib olub. 

2004-cü il və daha azyaşlıların yarışında Məmmədov Emin (2005) bürünc medal qazanıb. Bu yaş qrupunun təsəlliverici oyunlarda da tennisçilərimiz Zemfira Mikayılova və Adil Əhmədzadə qalib olmağı bacarıblar. 

Müəllif: Natiq NƏSİROV